DSX-nın Sərhədçi İdman Kompleksinin tələbələri dünya çempionatında iştirak ediblər - YENİLƏNİB-FOTOLAR
Kikboksinq üzrə Azərbaycan millisi Portuqaliyanın Albufeyra şəhərində keçirilən dünya çempionatında rekorda imza atıb. SİA xəbər verir ki, 17-26 noyabr tarixlərində baş tutan yarışda idmançılarımız 13 medal qazanıblar. Çempionatda 70 ölkədən 1760 idmançı iştirak edib. Yarışda Azərbaycan komandası 27 idmançı ilə təmsil olunub. Milli yığma komandanın tərkibinə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhədçi İdman Kompleksinin 4 üzvü qatılıb.
Sərhədçi İdman Kompleksinin 2 idmançısı üçüncü yeri tutub. 75 kq çəki dərəcəsində low-kick Qəşəm Məmmədov üç döyüş keçirdikdən sonra yarımfinalda 4-cü döyüşdə məğlub olub. Elcan Alıkişiyev - 86 kq çəki dərəcəsində iki döyüş keçərək yarımfinalda üçüncü döyüşdə məğlub olub.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksinin tələbələri dünya çempionatında baş-zabit məşqçi, mayor, əməkdar məşqçi Fuad Zeynalovun rəhbərliyi altında iştirak ediblər.
Bununla belə, Federasiyanın prezidenti Orxan Əliyev də dəstək üçün Portuqaliyada olub.
Əməkdar məşqçi Fuad Zeynalov onlara göstərilən diqqət və qayğıya görə, Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə, Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyinə öz dərin təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB