Holanddan daha bir rekord

İngiltərə Premyer Liqasının 13-cü turunun “Mançester Siti” - “Liverpul” matçı “şəhərlilər”in hücumçusu Erlinq Holand üçün əlamətdar olub. SİA xəbər verir ki, belə ki, matçda fərqlənən norveçli İngiltərə çempionatında 50-ci qolunu vurub.

O, buna 48 oyunda nail olub və Premyer Liqanın yeni rekordunu müəyyənləşdirib.

Əvvəlki rekord 65 oyunda 50 qol vuran ingilis sabiq hücumçu Endi Koula məxsus idi.

Bütün xəbərlər Facebook səhifəmizdə