Premyer Liqa: "Səbail" - "Kəpəz" oyununda qalib müəyyənləşməyib

Premyer Liqa: "Səbail" - "Kəpəz" oyununda qalib müəyyənləşməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib. SİA-nın məlumatına görə, günün ilk matçında "Səbail" "Kəpəz"i qəbul edib.

“ASCO Arena”dakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu nəticədən sonra "dənizçilər" 21 xalla 3-cü, qonaqlar 10 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Qəbələ" "Turan Tovuz"un müqavimətini qırmağa çalışacaq. Bu oyun saat 16:00-da başlanacaq.

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Sabah"ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq "Neftçi" - "Araz-Naxçıvan" və "Sumqayıt" - "Zirə" matçları ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə