Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi öz işinə başlayıb - FOTOLAR

Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi öz işinə başlayıb - FOTOLAR

Noyabrın 24-də “Hilton” hotelində Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi öz işinə başlayıb. SİA xəbər verir ki, “İdmanda irqçiliyin aradan qaldırılması üçün Ədalətli Oyun Təhsili” mövzusunu əhatə edən konqresdə 15 ölkədən 40-dək nümayəndə iştirak edir. Konqresdə yerli və xarici nümayəndələrin mövzü ətrafında məruzələri dinlənilib. Konqres çərçivəsində həmçinin Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlığı təcəssüm etdirən “Ədalətli Oyunlar” mövzusuna həsr olunmuş sərgi keçirilib.

Konqres iştirakçıları sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə