"Alpagut idman növü beynəlxalq arenalarda da bizi layiqincə təmsil edəcək" - DAF Prezidenti

"Alpagut idman növü beynəlxalq arenalarda da bizi layiqincə təmsil edəcək" - DAF Prezidenti

“Bizim üçün fəxrdir ki, Dünya Alpagut Federasiyası olaraq Azərbaycanı beynəlxalq səviyyədə təmsil edirik. Düşünürəm ki, bu, Azərbaycanın təbliğatı, dünyada tanıdılması və idmanımızın inkişafı üçün önəmli bir addımdır”. Bu sözləri SİA-ya Milli Məclisin deputatı, Dünya Alpagut Federasiyasının Prezidenti Jalə Əhmədova deyib.

“Bildiyiniz kimi, Dünya Alpagut Federasiyası TAFİSA təşkilatına üzv olub. Bu təşkilata üzvlük alpagut idman növünün inkişafına öz töhfəsini verəcək. Hətta bu yaxınlarda TAFİSA-nın böyük bir tədbirinə də dəvət olunmuşduq. Artıq beynəlxalq təşkilatlarla gələcək inkişafımız, yol xəritəmiz barədə danışıqlar aparırıq. Bu danışıqların vətənimiz üçün, idmanımız üçün xeyirli-uğurlu olacağına inanıram. Əminəm ki, alpagut idman növü beynəlxalq arenalarda da dövlətimizi layiqincə təmsil edəcək”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə