"Bakıda dünənki mükafatlandırma mərasiminin keyfiyyətindən çox razı qaldım. Sevimli azərbaycanlı müğənninin mahnılarını dinlədim. Əsas məsələ isə budur ki, bütün bunlar həm də bizim idmanda bir ailə olduğumuzu nümayiş etdirir. Azərbaycan həmişə idman dəyərlərinə önəm verir. MOK-un Ədalətli Oyunlar komissiyanın sədri Xəzər İsayev də bu dəyərləri yüksək və ciddi şəkildə qiymətləndirir. Bir sözlə, dünənki tədbir əla keçdi. Ümid edirəm, Konqres də elə olacaq". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Avropa Ədalətli Oyunlar Menecmentinin prezidenti Filip Huzyu deyib.
"Biz idmanla bağlı qurum olaraq, ümumiyyətlə idman, yarışlar və bu sahədə olan bəzi problemlərin həllini tapmaq istəyirik. Bu, elə də asan məsələ deyil, çünki söhbət sadəcə, futboldan və ya spesifik idman növlərindən getmir. Ümid edirəm ki, bugünki müzakirələrin nəyinki Avropa və Azərbaycan, həmçinin digər bölgələr üçün də effektiv nəticəsi olacaq",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB