"Real Madrid" İkardini transfer edir..?

"Real Madrid" İkardini transfer edir..?

Zədəlilərdən əziyyət çəkən "Real Madrid" klubu Mauro İkardini transfer edə bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Fotomaç" və İtaliyanın "Tuttomercato" nəşrləri məlumat yayıb. "Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti hücum xəttini gücləndirmək üçün "Qalatasaray"ın hücumçusunu rəhbərliyə təklif edib.

Madrid təmsilçisi İkardi üçün 15 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Cim-Bom" argentinalı hücumçunu ötən yay PSJ-dən heyətinə qatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə