Voleybol üzrə Azərbaycan çempionatında növbəti turun proqramı bəlli olub

Voleybol üzrə Azərbaycan çempionatında növbəti turun proqramı bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II turun oyun proqramı açıqlanıb. SİA xəbər verir ki, turun görüşləri noyabrın 25-də Bakı və Gəncə şəhərlərində keçiriləcək.

Ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən şəhərin eyniadlı təmsilçisinin budəfəki qonağı “Azərreyl” olacaq. Qarşılaşma saat 18:00-da başlayacaq.

Həmin gün Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ikinci turun daha iki oyunu baş tutacaq. İlk olaraq saat 15:00-da meydana “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları çıxacaqlar. Saat 18:00-da isə “Abşeron” və UNEC klubları üz-üzə gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə