"Bu gün Azərbaycan gəncliyinin bayramıdır" - İndira Hacıyeva

"Bu gün Azərbaycan gəncliyinin bayramıdır" - İndira Hacıyeva

"Bu gün gəncliyimizin bayramıdır. Bildiyiniz kimi, 2023-cü ildə "Heydər Əliyev ili" çərçivəsində bir çox mühüm tədbirlər həyata keçirilib. Bu tədbirlərin əsas məqsədi ölkəmizin 30 il ərzində keçdiyi yolu, nailiyyətləri, gələcək həyatın necə olacağını göstərmək üçündür". SİA xəbər verir ki, bu sözləri "Gənc Fest" festivalının açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva deyib.

"Bulvarın bu nöqtəsindən qarşımızda açılan mənzərə ölkəmizin iqtisadi, siyasi inkişafını, hərbi potensialını, beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir. 1991-ci ildən sonra 20%-ə qədər ərazimiz işğal altında idi. Bu gün isə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. İstər Bakı, istər regionlar bütün sahələrdə inkişaf edib. Həmçinin, gənclər sahəsində idman infrastrukturu da inkişaf edib. Çoxlu sayda stadion, idman meydançası, hovuzlar açılıb. Bunların hamısı gənclərin fiziki və mənəvi sağlamlığı üçündür. Gənclərimiz həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycanı təmsil edir və nailiyyətlər əldə edirlər. Elə qələbəmizdə də gənclərimizin rolu böyükdür. Məhz buna görə Azərbaycan gəncləri qalib dövlətin gəncliyi adına layiqdir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə