"Alpagut azərbaycançılığı, adət-ənənələrimizi özündə birləşdirir" - DAF Prezidenti
"Dünyada yüz minlərlə idman təşkilatları var. TAFİSA-nın üzvlüyündə olan təşkilatlar arasında Dünya Alpagut Federasiyasının da yer tutur. Bu bizim üçün qürurverici məqamdır. İnanırıq ki, federasiyamız gələcəkdə daha böyük uğurlar əldə edəcək. Çünki bizim yetərincə peşəkar idmançılarımız var". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Dünya Alpagut Federasiyasının prezidenti Jalə Əhmədova TAFİSA, Gənclər və İdman Nazirliyi, TAFİSA və Dünya Alpagut Federasiyasının birgə təşkil etdiyi mətbuat konfransında deyib.
J.Əhmədova bildirib ki, günü-gündən alpagut idman növünə maraq artır: "Alpagut həqiqətən çox dəyərli bir döyüş növüdür. Özündə azərbaycançılığı, adət-ənənələrimizi, tarixi dəyərləri özündə birləşdirir".
"Bütün Azərbaycan idmançıları bir ailədir. Çünki hər birimiz bir amal uğrunda döyüşürük. Təbii ki, hər bir azərbaycanlı kimi biz də Azərbaycan üçün, Vətənimizin inkişafı üçün çalışırıq",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB