"Avro-2024": Emin Mahmudovun qolu turun ən yaxşısı seçilib

"Avro-2024": Emin Mahmudovun qolu turun ən yaxşısı seçilib

"Avro-2024"-ün seçmə mərhələsində IX turun ən yaxşı qolu müəyyənləşib.

Avropa futbol qurumunun rəsmi saytı xəbər verir ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudovun Bakıda İsveç yığması ilə oyunda vurduğu ikinci qol bu nominasiya üzrə birinci olub.

SİA-nın əldə etdiyi məlumata görə, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, 30 yaşlı yarımmüdafiəçinin meydanın mərkəzindən rəqib qapısından keçirdiyi top turun qolu seçilib.

Qeyd edək ki, qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə