"Napoli" hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ilə yeni müqavilə imzalamağa hazırlaşır.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Klub 22 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi olan müqaviləni yeniləyəcək və sözləşmə 2029-cu ilin yayına qədər olacaq.
Qeyd edilir ki, "Napoli" ilə yeni anlaşmaya əsasən, Kvaratsxeliyanın illik maaşının 4 milyon avroya qədər artırılması gözlənilir.
Bu mövsüm Xviça "Napoli"nin heyətində bütün yarışlarda 15 oyun keçirib, 3 qol vurub və 5 qol ötürməsi verib. "Transfermarkt" portalı gürcüstanlı vingerin dəyərini 85 milyon avro qiymətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə