Azərbaycan voleybolçuları EEVZA çempionatında ilk oyununa çıxacaq
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün ilk oyununa çıxacaq. Azərbaycan Voleybol Federasiyasından SİA-ya verilən məlumata görə, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışın ilk günündə komandamızın rəqibi yerli voleybolçular olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşaya qarşı da mübarizə aparacaq.
AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB