Azərbaycan millisi Belçikaya 5 cavabsız qolla uduzdu

Azərbaycan millisi Belçikaya 5 cavabsız qolla uduzdu

Bu gün Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində son oyuna çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Canni De Byazinin komandası 10-cu turda səfərdə Belçika ilə qarşılaşıb. Brüsseldəki "Kinq Baudouin” stadionunda keçirilən görüşdə millimiz 0:5 hesabı ilə uduzub. Qrupun digər matçında İsveç Estoniyaya 2:0 hesabı ilə qalib gəli

Qeyd edək ki, Belçika artıq Avro-2024-ün seçmə mərhələsinə vəsiqəni təmin edib. Komanda F qrupunda 20 xalla 1-ci pilləyə yüksəlib. Azərbaycan yığması isə 7 xalla 4-cü sıradadır.

Avro-2024, seçmə mərhələ, 10-cu tur

19 noyabr

21:00 Belçika - Azərbaycan - 5:0

Qollar: Romelu Lukaku, 17, 26, 30,37, Trossard, 90

Qırmızı vərəqə: Eddi İsrafilov, 24-iki sarı vərəqə (Azərbaycan)

Baş hakim: Georg Boqar (Macarıstan)

Brüssel. "Kinq Baudouin”

İsveç - Estoniya - 2:0
Qollar:
Klaesson, 22, Forsberq, 55

N Komandalar O Q H M T-F X
1 Belçika 8 6 2 0 22-4 20
2 Avstriya 8 6 1 1 17-7 19
3 İsveç 8 3 1 4 14-12 10
4 Azərbaycan 8 2 1 5 7-17 7
5 Estoniya 8 0 1 7 2-22 1

Bütün xəbərlər Facebook səhifəmizdə