"Renn" baş məşqçisi Bruno Qenesio ilə yolları ayırıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bildirilib ki, onun Fransa təmsilçisindən vaxtından əvvəl ayrılmasına şəxsi səbəblər təsir edib.
B.Qenesio 2021-ci ilin martından "Renn"i çalışırırdı.
Qeyd edək ki, "Renn" Fransa Liqa 1-də 12 oyundan sonra 12 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB