Bu gün Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində son oyuna çıxacaq.
SİA Qol.az-a istinadən xəbər verir ki, Canni De Byazinin komandası 10-cu turda səfərdə Belçika ilə qarşılaşacaq. Brüsseldəki "Kinq Baudouin” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Belçika artıq Avro-2024-ün seçmə mərhələsinə vəsiqəni təmin edib. Komanda F qrupunda 17 xalla 2-cidir. Azərbaycan yığması isə 7 xalla 4-cü sıradadır.
Avro-2024, seçmə mərhələ, 10-cu tur
19 noyabr
21:00 Belçika - Azərbaycan - 1:0 (Birinci hissə)
Qol: Romelu Lukaku, 17
Baş hakim: Georg Boqar (Macarıstan)
Brüssel. "Kinq Baudouin”
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Avstriya | 8 | 6 | 1 | 1 | 17-7 | 19 |
| 2 | Belçika | 7 | 5 | 2 | 0 | 17-4 | 17 |
| 3 | İsveç | 7 | 2 | 1 | 4 | 12-12 | 7 |
| 4 | Azərbaycan | 7 | 2 | 1 | 4 | 7-12 | 7 |
| 5 | Estoniya | 7 | 0 | 1 | 6 | 2-20 | 1 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB