“Neftçi” klubu bu gün yoldaşlıq oyunu keçirəcək

“Neftçi” klubu bu gün yoldaşlıq oyunu keçirəcək

“Neftçi” klubu bu gün yoldaşlıq oyunu keçirəcək. SİA xəbər verir ki, Adrian Mutunun baş məşqçisi olduğu kollektiv Rusiyanın "Zenit" komandası ilə üz-üzə gələcək.

“Neftçi Arena”da oynanılacaq matç saat 21:00-da start götürəcək. Hər iki klubun milli komandalar qoşulan oyunçuları bugünkü qarşılaşmada iştirak etməyəcəklər.

Qeyd edək ki, paytaxt təmsilçisi bu ilin iyulunda Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş "Matç TV" turnirində "Zenit"lə qarşılaşıb və rəqibinə 1:3 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə