Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların tarixi açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı bəlli olub. SİA Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, noyabrın 18-də və 21-də ötən həftə təxirə salınmış iki görüş baş tutacaq. Noyabrın 18-də GİN-nin Voleybol Mərkəzində UNEC ilə çempionatda debüt edəcək “Milli Aviasiya Akamediyası” üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək.

Noyabrın 21-də isə Gəncə şəhərini Azərbaycan çempionatında təmsil edən “Gəncə” klubu doğma meydanda “Murov Az Terminal” komandasını qəlub edəcək. Oyun Gəncə OİK-də saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Gəncə” klubu çempionatdakı bütün ev oyunlarını Gəncədə keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə