"Bizim üçün çox önəmli qələbə idi" - Mahir Əmrəli

"Bizim üçün çox önəmli qələbə idi" - Mahir Əmrəli

"Bu bizim üçün çox önəmli qələbə idi. Bu cür anlarda hər zaman çalışırıq ki, yaxşı əhval-ruhiyyədə olaq. Yalnız meydanda deyil, meydandan kənarda da qələbə hissini yaşamalıyıq ki, bunun qədrini bilək. Ümid edirik ki, Belçika ilə oyundan sonra da belə ab-hava ilə geri qayıdarıq". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Əmrəli deyib.

"Hər birimizin ağlında sadəcə bir fikir var idi, o da qələbə qazanmaq. Baş məşqçimiz də komandaya inanırdı. Düşünürəm ki, son oyunların hər birində üstün mübarizə göstərmişik. Ən azından çalışmalıyıq ki, bunu qoruyub saxlayaq. Belə olduğu təqdirdə komandamız üçün hər şey yaxşı olacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə