Azərbaycan millisi İsveç yığmasını ağır məğlubiyyətə uğradıb

Azərbaycan millisi İsveç yığmasını ağır məğlubiyyətə uğradıb

Azərbaycan futbol millisi Bakıda AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib. SİA xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv bu dəfə İsveçi qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 3-cü və 89-cu dəqiqədə kapitan Emin Mahmudov və 6-cı dəqiqədə Renat Dadaşov vurub.

56-cı dəqiqədə 13 nömrəli Azərbaycan oyunçusu Bəhlul Mustafazadə qırmızı vərəqə alıb.

Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin hazırda 7 xalı var.

Qeyd edək ki, Azərbaycan komandası seçmə mərhələdəki sonuncu matçını səfərdə Belçiya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə