Azərbaycan-İsveç oyunu başlayıb

Azərbaycan-İsveç oyunu başlayıb

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələ oyunu başlayıb. SİA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürüb.

Matçı isveçrəli qadın FIFA referisi Ester Ştaublinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

F qrupunda yer alan hər iki kollektiv final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirib.

Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar. Qrupun digər qarşılaşmasında AVRO-2024-ə vəsiqəni rəsmiləşdirən Avstriya səfərdə Estoniya ilə üz-üzə gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə