"Raquf Orucov Kuboku" beynəlxalq turniri start götürüb - YENİLƏNİR-FOTOLAR

"Raquf Orucov Kuboku" beynəlxalq turniri start götürüb - YENİLƏNİR-FOTOLAR

"Raquf Orucov Kuboku" beynəlxalq cüdo turnirinə start verilib. SİA xəbər verir ki, turnir artıq dördüncü dəfə təşkil olunur. Bakı İdman Sarayında gerçəkləşən yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan, Rusiya və Çexiyanı təmsil edən 200-ə yaxın cüdoçu iştirak edir.

2016-cı il Aprel döyüşlərinin qəhrəmanları, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və silahdaşlarının xatirəsinə həsr olunmuş ənənəvi turnir Azərbaycan Cüdo Federasiyasının (ACF) və "Judo Club 2012" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə