Azərbaycan karateçiləri beynəlxalq turnirdə yeddi medal qazanıblar - FOTOLAR
Azərbaycan karateçiləri Rusiyanın paytaxtı Moskvada keçirilmiş beynəlxalq turnirdə yeddi medal qazanıblar. Federasiyadan SİA-ya verilən məlumata görə, Asiman Qurbanlı və Mədinə Sadıqova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Finalda uduzan Rafiz Həsənov gümüş mükafatla kifayətlənib.
Roman Heydərov (kata), Hüseyn Məmmədli, Nuran Rza-Zadə və Abbas Dadaşov isə üçüncü yeri tutublar.
Qeyd edək ki, turnirdə 27 ölkədən 331 idmançı iştirak edib. Onların arasında Avropa və dünya çempionatının mükafatçıları, Olimpiya çempionları da olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB