…Ansu Fati yay transfer pəncərəsində “Barselona” ilə yollarını ayırıb. SİA-nın əldə etdiyi məlumata görə, guya Xavi futbolçunu bəyənmədiyi üçün onu "Brayton"a icarəyə veriblər.
Hazırda onun klublar arasında müqavilədə yer alan satınalma maddəsi ilə bağlı məlumat yoxdur. Buna görə də 21 yaşlı futbolçunun “Kamp Nou”ya qayıtma ehtimalı olduqca yüksəkdir, xüsusən də o, çox yaxşı formadadır.
Qeyd edək ki, cinah oyunçusu indiyədək "Brayton"da 13 oyuna çıxıb, 4 qol vurub və bir məhsuldar ötürmə edib. Gənc ispaniyalının formaya qayıtması xüsusilə Deko tərəfindən diqqət çəkib.
“Əlbəttə, Fati bizə qayıda bilər...”
Deko deyib bunu.
Yeri gəlmişkən, Fatinin "Barselona" ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Transfermarkt portalı onu 35 milyon avro qiymətləndirir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB