“Kəpəz” komandasının yeni baş məşqçisi bəlli olub

“Kəpəz” komandasının yeni baş məşqçisi bəlli olub

“Kəpəz” komandasının yeni baş məşqçisi məlum olub. Klubdan SİA-ya verilən məlumata görə, bu vəzifə Adil Şükürova tapşırılıb. 46 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. O, bu gündən vəzifəsinin icrasına başlayıb.

Mütəxəssis bu vəzifədə Azər Məmmədovu əvəzləyib.

Qeyd edək ki, Adil Şükürov futbolçu karyerasında da “Kəpəz”də çıxış edib. O, 1999/2000-ci illər mövsümündə "sarı-göylər"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə