“Barselona”dan çətin qələbə...

“Barselona”dan çətin qələbə...

"Barselona” futbolçuları İspaniya çempionatının 13-cü turunun matçında evdə "Alaves"ə qalib gəlib. Görüş 2:1 hesabı ilə başa çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, qaliblər sırasında Robert Levandovski dubla imza atıb (53-cü və 77-ci dəqiqələr, penaltidən). Qonaqların heyətində Samu fərqlənib (1).

Hazırda kataloniyalılar 30 xal toplayaraq La Liqanın turnir cədvəlində 3-cü yeri tutur, 12 xalla "Alaves" 14-cü yerdədir.

Qeyd edək ki, növbəti oyunda Xavinin rəhbərlik etdiyi komanda noyabrın 25-də səfərdə “Rayo Valyekano” ilə qarşılaşacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə