Ançelotti: "Modriçlə bağlı yanıldım"

Ançelotti: "Modriçlə bağlı yanıldım"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 13-cü turunun "Valensiya" ilə oyununda (5:1) yarımmüdafiəçi Luka Modriçi start heyətə daxil etməməklə səhvini etiraf edib.

“Modriç start heyətdə olmalı idi. Ehtiyatda qoymağım səhv oldu. Bu, bəzən məşqçinin ixtiyarında çoxlu yaxşı oyunçu olanda baş verir”, - deyə italyan məşqçi bildirib.

Xatırladaq ki, Luka ikinci hissədə uruqvaylı Federiko Valverdeni əvəzləyərək meydana daxil olub.

13 turdan sonra kral klubu 32 xal toplayıb və lider "Jirona"dan 2 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə