"Lester"dən "Barselona"ya

"Lester"in yarımmüdafiəçisi Vilfred Endidi karyerasını "Barselona"da davam etdirə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli mətbuat məlumat yayıb. Kataloniya klubu nigeriyalının azad agentə çevrildiyi 2024-cü ilin yayında transferi başa çatdırmaq niyyətindədir. "Lester" bu mövsüm İngiltərənin ikinci ən vacib divizionu olan Çempionşipdə oynayır. Komanda 15 turdan sonra 39 xalla birinci pillədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə