Azərbaycanın stolüstü tennisçisi Çində təlim-məşq toplanışına qatılıb

Azərbaycanın stolüstü tennisçisi Çində təlim-məşq toplanışına qatılıb

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə ustalıq səviyyəsinin artırılması məqsədi ilə daha bir beynəlxalq təlim-məşq toplanışında iştirak edir. Federasiyadan SİA-ya verilən məlumata görə, o, məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Çinin “Hebei Zhenqdinq Stolüstü Tennis Təlim Bazası”nda hazırlıq keçir.

Bu gün start götürən toplanış noyabrın 26-dək davam edəcək. Quluzadə daha sonra noyabrın 28-dən dekabrın 3-dək Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq beynəlxalq yarışa qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə