""Qarabağ"ın hücumlarına baxmayaraq qələbə qazandıq" - Xabi Alonso

""Qarabağ"ın hücumlarına baxmayaraq qələbə qazandıq" - Xabi Alonso

"İlk 15 dəqiqə "Qarabağ" oyunçularının bütün hücumlarının qarşısını almağa çalışırdıq. Buna baxmayaraq qələbə qazandıq. Doğrudur, hazırda qrupda birinci yerdəyik. Amma bizim oyunçular hər növbəti oyunda daha da yüksək performans göstərməyə çalışır". SİA xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur çərçivəsində Bakıda keçirilən oyunda "Qarabağ"ın rəqibi olan "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso oyundan sonra baş tutan mətbuat konfransında deyib.

"Biz bilirdik ki, hansı komanda ilə oynayırıq. "Qarabağ"ın gücünə bələd idik. Biz bunu nəzərə alaraq bura gəlmişik",- deyə o əlavə edib.

14 il bundan öncə Bakıda oyunçu kimi stadiona çıxan Alonso baş verən dəyişikliklər barədə də fikirlərini bildirib: "Bu illər ərzində həm Azərbaycanda, həm də "Qarabağ" klubunda çox böyük dəyişiklik olduğunu düşünürəm. Həmin vaxt mən heç "Qarabağ"ı tanımırdım. Amma getdikcə "Qarabağ" klubunun böyüdüyünü və gücləndiyinin şahidi olduq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə