"Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalanmalıdır" - Elçin Camallı
"Bizim borcumuz idi ki, üç il bundan öncə Ali Baş Komandanın rəhbərliyi altında qazanılan qələbəni bu gün meydanda davam etdirək. Bütün dünya bilir ki, Azərbaycan qalib xalqdır. Ölkəmizə birincilik yaraşır və üçrəngli bayrağımız daim yüksəklərdə dalğalanmalıdır". SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən Çövkən üzrə dünya çempionatında qalib olan Azərbaycan millisinin kapitanı Elçin Camallı jurnalistlərə açıqlamasında deyib.
"Biz də meydanda gücümüzü göstərib düzgün rəqabətlə qələbə qazanmağa çalışırıq. Çövkən üzrə dünya çempionatında qalib olmaq çox qürurverici bir hisdir",-deyə o əlavə edib.
Sonda isə qalib komandanın kapitanı idman sahəsinə göstərilən dəstəyə görə ölkə başçısına dərin minnətdarlığını bildirib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB