Noyabrın 7-də “Real Madrid”in fransız yarımmüdafiəçisi Eduardo Kamavinqanın klubu ilə 2029-cu ilə qədər yeni müqavilə imzaladığı açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yeni müqavilədəki təzminat məbləği bir milyard avro təşkil edir.
Bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) jurnalist Fabrizio Romano məlumat verib.
Xatırladaq ki, 20 yaşlı Kamavinqa iki il əvvəl Fransanın “Renn” klubundan kral komandasına keçib. Onun transfer məbləği 40 milyon avro olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB