“Barselona” brilyantların satışına başlayıb - FOTO

“Barselona” brilyantların satışına başlayıb - FOTO

İspaniyanın “Barselona” klubu “Kamp Nou” stadionunun ot örtüyündən əldə edilən brilyantları satmağa başlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin məlumatında bildirilib: "Yüksək texnologiya və bərpa olunan enerjidən istifadə bizə tamamilə dayanıqlı və ətraf mühitə heç bir təsiri olmayan tək mənşəli brilyantlar yaratmağa imkan verir. Bütün brilyantlar karbonun mənşəyini, qiymətli daşın xüsusiyyətlərini əks etdirən orijinallıq sertifikatı ilə müşayiət olunur”.

Bildirilib ki, bir karatlıq qiymətli daşın dəyəri 15 min avro, yarım karatlıq brilyantın qiyməti isə 2500 min avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə