"CEV voleybolun inkişafında bizə dəstək göstərəcək" - Şahin Bağırov

"CEV voleybolun inkişafında bizə dəstək göstərəcək" - Şahin Bağırov

"Güman edirik ki, bu çempionat bizim üçün uğurlu olacaq. Çünki bizim qarşımızda böyük bir perspektiv var". SİA xəbər verir ki, bu sözləri voleybol üzrə Azərbaycan çempionatının 2023-2024-cü illər mövsümünün açılışından öncə keçirilən mətbuat konfransında Azərbaycan Voleybol Federasiyasının Prezidenti Şahin Bağırov deyib.

"Avropa Voleybol Konfederasiyasının (CEV) Prezidenti Aleksandar Boriçiçin ölkəmizə gəlişi bizim üçün çox önəmlidir. Avropa Voleybol Konfederasiyası bu idman növünün inkişafında bizə dəstək göstərəcək. Avropa Voleybol Konfederasiyası ilə sıx əməkdaşlıq edəcəklərini bildirib. Bu gün voleybol çempionatının açılışında iştirak edəcəyik. Bu yarış sayəsində yeni oyunçular üzə çıxacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə