"Yuventus"un futbolçusu qərar verməyə tələsmir

"Yuventus"un futbolçusu qərar verməyə tələsmir

"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabionun anası və agenti Veronika Rabiot Turin klubu ilə mümkün müqavilənin uzadılması haqda danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, o bu barədə yerli mətbuata açıqlama verib: “Müqavilənin uzadılması barədə danışmaq hələ tezdir. Adrien həmişə olduğu kimi, ən münasib anda qərar verəcək. "Yuventus" ilə 1 illik müqavilənin uzadılması mənim fikrim idi. Əvvəlcə “Yuventus” bununla razılaşmadı. Amma sonda maaşın artırılması ilə daha bir illik müqavilə imzaladıq".

Qeyd edək ki, tərəflər arasında hazırkı müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə