"Landmark 7" turnirində günün ilk qarşılaşmaları başa çatıb - FOTOLAR
Rizin Döyüş Federasiyasının təşkil etdiyi "Landmark 7" turnirində günün ilk qarşılaşmaları başa çatıb. SİA xəbər verir ki, turnirin ilk döyüşündə latviyalı Hasan Meziyev Qazaxıstan təmsilçisi Konstantin Merkulov üzərində qələbə qazanıb.
Günün ikinci döyüşündə Gürcüstandan olan Şota Betlemidze, üçüncü döyüşündə isə Ukrayna təmsilçisi Vladislav Rudniev qalib gəlib.
Dördüncü oyunda Kamerun təmsilçisi Jaures Dea və özbəkistanlı İlxam Nazimov üz-üzə gəlib. Bu döyüşdə isə Özbəkistan qələbə qazanıb.
Son olaraq günün ilk qarşılaşmasının qadınlar arasında keçirilən son döyüşündə Qırğızıstan təmsilçisi Farida Abdueva və ukraynalı Anastasiya Svetkivskaya öz qüvvələrini sınayıb. Döyüşün qalibi Ukrayna təmsilçisi olub.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB