"Rəqibdən asılı olmayaraq hər zaman rinqə çıxmağa hazıram" - Latviyalı qalib
"Çox şadam ki, qalibiyyət əldə etdim. Həm turnirin özü, həm də təşkilatçılıq yüksək səviyyədə təşkil olunub". SİA xəbər verir ki, bu sözləri "Rizin" Döyüş Federasiyasının Bakıda təşkil etdiyi "Landmark 7" turnirinin ilk döyüşündə qalib gələn latviyalı Hasan Mezhiev deyib.
"Mənim üçün oyunun uzun və ya qısa çəkməsinin önəmi yox idi. Lakin təbii ki, yarışın uzun çəkməsi azarkeşlər üçün daha yaxşı olardı. Hər şeydən razı qaldım. Bizim planımız var idi və bu plana uyğun irəlilədik. Mən öz işimi bilirdim. Bunu nəzərə alaraq rinqə çıxmışdım. Mənim üçün rəqibin kim olmasının fərqi yoxdur. Hər zaman rinqə çıxmağa hazıram",- deyə o əlavə edib.
Sonda latviyalı qalib qarşıdan gələn 8 Noyabr "Zəfər günü" münasibətilə Azərbaycanı təbrik edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB