Türkiyəli futbolçu Arda Güler “Real Madrid”in heyətində oyuna çıxacaq - FOTO
İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti türkiyəli futbolçu Arda Gülerin “Rayo Vallekano” ilə matçda heyətdə yer alacağını açıqlayıb. SİA xəbər verir ki, Ançelotti bunları deyib: "Arda Güler bu həftə komanda ilə məşqlərə başlayıb. Sağalıb, sabah heyətdə olacaq. Əsası odur bacarığını nümayiş etdirmək üçün komanda yoldaşları ilə məşqlərə başlayıb”.
Qeyd edək ki, “Real Madrid” liqa matçında noyabrın 5-də “Rayo Vallekano” klubunu qəbul edəcək.
Xatırladaq ki, “Real Madrid”ə keçdikdən sonra ABŞ-dəkı düşərgədə zədələnən, daha sonra sağalma dövründə yenidən zədə alan ulduz futbolçu hələ də komandası ilə oyuna çıxa bilməyib.
“Santyaqo Bernabeu” stadionunda “Rayo Vallekano” ilə qarşılaşacaq “Real Madrid” matçdan əvvəl son məşqini edib. Məşqdə Arda Güler də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB