Azərbaycan Basketbol Liqası: “Xırdalan” sürprizə imkan vermədi

Azərbaycan Basketbol Liqası: “Xırdalan” sürprizə imkan vermədi

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun növbəti oyunu baş tutub.

SİA-nın əldə etdiyi məlumata görə, ilk turda məğlub olmuş "Sumqayıt" "Xırdalan" klubu ilə qarşılaşıb. Əlavə vaxtın oynandığı oyunun yekununda "Xırdalan" 81:77 hesablı çətin qələbə qazanıb.

Qeyd edək ki, ikinci turun digər oyunları ("Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi") 4 və 5 noyabr tarixlərində baş tutacaq. Turun "NTD-INDIGO" - "Sabah" oyunu Xaçmaz təmsilçisinin rəsmi müraciəti əsasında irəli bir tarixə qədər təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə