"Dövlət dəstəyi sayəsində hər iki cins at öz itmiş şöhrətini geri qaytarır" - Vüqar Hüseynov

"Dövlət dəstəyi sayəsində hər iki cins at öz itmiş şöhrətini geri qaytarır" - Vüqar Hüseynov

"Kənd Təsərrüfatı Nazirliyi olaraq böyük bir tədbirə dəstək verməkdən qürur duyuruq. Azərbaycanda heyvandarlığın əsas istiqamətlərindən biri də atçılıqdır. Atçılıq Azərbaycanda çox böyük ənənələri olan bir sahədir". SİA xəbər verir ki, bu sözləri Milli Atçılıq Festivalından öncə keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib.

O bildirib ki, Azərbaycan bütün dünyada öz iki cins atı ilə məşhurdur: "Hər iki atın yetişdirilməsində ciddi dövlət dəstəyi hiss olunur. Nəticədə hər iki cins at öz itmiş şöhrətini geri qaytarmaqdadır. Hər iki at cinsi dözümlülüyü və davranışı ilə seçilir. Bu atların həm ölkə daxilində, həm də xaricində tanıdılmasında bu cür beynəlxalq tədbirlər böyük rol oynayır".

"Biz Kənd Təsərrüfatı Nazirliyi olaraq damazlıq cinsinin yetişdirilməsi üzrə fəaliyyət göstəririk. Amma Atçılıq Federasiyası idman atlarının yetişdirilməsində güclü işlər aparır. Bu da atlarımızın tanıdılmasına öz töhfəsini verir. Hesab edirik ki, gözlədiyimizdən daha yaxşı bir tədbir olacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə