"Yarışlarda ədalət yüksək səviyyədə təmin olunacaq" - Bəhruz Nəbiyev
"Milli Atçılıq Festivalı Ulu Öndərin 100 illiyinə həsr olunub. Tədbirlərin final gününün 8 Noyabr olması təsadüfi deyil. 8 Noyabr bizim böyük Zəfər bayramımızdır. İstədik ki, bu bayrama biz də idman sahəsi olaraq öz töhfəmizi verək". SİA xəbər verir ki, bu sözləri Milli Atçılıq Festivalından öncə keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti və baş katibi Bəhruz Nəbiyev deyib.
B.Nəbiyev bildirib ki, Milli Atçılıq festivalı çərçivəsində Qarabağ və Dilbaz atlarından istifadə ediləcək: "5, 6 və 8 Noyabr tarixində ilk dəfə keçirilən Çövkən yarışları, 7 noyabr tarixində isə Qarabağ və Dilbaz atlarının Cıdır yarışları keçiriləcək. Eyni zamanda, bu gün püşkatma mərasimi də olacaq. Qeyd edim ki, yarışların hakimi Macarıstanı təmsil edən hakim olacaq. Bu o deməkdir ki, "fair-play" anlayışını qorumaq üçün yarışlarda iştirak etməyən ölkələrin hakimlərindən istifadə edirik. Nəzərinizə çatdırım ki, bütün iştirakçı komandalar bizim tərəfimizdən atlarla təmin olunacaq. Ədaləti təmin etmək üçün komandaların yarışacağı atlar püşkatma ilə müəyyən olunacaq".
Sonda baş katib bütün iştirakçılara uğurlar arzulayıb.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB