“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi karyerasında ən çox sevdiyi qolu açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, o deyib: "Mən həmişə demişəm ki, ən vacib qollar Çempionlar Liqasının finalında, Dünya Kubokunun finalında vurulan qollardır. “Santyaqo Bernabeu”da Çempionlar Liqası matçında “Real Madrid”ə 2:0 hesabı ilə qalib gəldiyimiz zaman vurulan qolu həmişə xatırlayıram”.
Xatırladaq ki, sözügedən qarşılaşma 2011-ci ildə Çempionlar Liqasının yarımfinalında baş tutub. İlk oyun “Barselona”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü 1:1 hesabı ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB