“Xəzri” klubu ardıcıl ikinci qələbəsini qazanıb

“Xəzri” klubu ardıcıl ikinci qələbəsini qazanıb

Azərbaycan Basketbol Liqasında II turun oyunlarına start verilib.

SİA-nın əldə etdiyi məlumata görə, turun açılış oyununda “Xəzri” “Gəncə” ilə üz-üzə gəlib.

Matç meydan sahiblərinin 93:76 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu, “Xəzri”nin bu mövsüm ardıcıl ikinci qələbəsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə