"Gözləntimiz idmançıların bizi layiqincə təmsil etməsidir" - BAŞ MƏŞQÇİ DANIŞDI

"Gözləntimiz idmançıların bizi layiqincə təmsil etməsidir" - BAŞ MƏŞQÇİ DANIŞDI

"Aerobika gimnastikası üzrə yarışlarda “Ocaq Sport” klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 110 gimnast medallar uğrunda mübarizə aparacaq. İdmançılar 7-ci Azərbaycan çempionatında yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il il) və böyüklər yaş kateqoriyalarında (2005-ci il və daha böyük), açıq Bakı birinciliyində isə balacalar (2015-2016-cı il), uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il) yaş kateqoriyalarında mübarizə aparacaqlar". SİA xəbər verir ki, bu sözləri aerobika gimnastikası üzrə yığma komandanın baş məşqçi Mariyan Kolev jurnalistlərə açıqlamasında deyib.

"Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Yaradılan şəraitə görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Gimnastika Federasiyasına və "Ocaq Sport" klubuna təşəkkürümü bildirirəm. Gözləntim odur ki, idmançılarımız bizi layiqincə təmsil edəcək",- deyə baş məşqçi əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə