Ronaldo bu hərəkəti ilə gündəm oldu

Ronaldo bu hərəkəti ilə gündəm oldu

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz Kriştianu Ronaldo etdiyi hərəkətlə gündəmə gəlib. SİA xəbər verir ki, o, Kral Kubokunun 1/8 finalında “Əl-İttifaq”a qarşı keçirdikləri matçda hakimin əvəzlənməsini istəyib.

Belə ki, matçın referisi 45+4-cü dəqiqədə Ronaldonun komanda yoldaşı Taliskanın vurduğu qolu qeydə almayıb. Buna qəzəblənən ulduz oyunçu 4-cü hakimə baxaraq əsas hakimi əvəzləməsini istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə