2034-cü ildə futbol üzrə dünya çempionatının keçiriləcəyi yer məlum oldu
2034-cü ildə futbol üzrə dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino məlumat verib.
Məlumata görə, Səudiyyə Ərəbistanı turnirə ev sahibliyi etmək istəyən yeganə ölkə olub.
Qeyd edək ki, bundan əvvəl Avstraliya 2034-cü il dünya çempionatına ev sahibliyi etmək qərarını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB