ACF Mehman Əzizovla yollarını ayırıb

ACF Mehman Əzizovla yollarını ayırıb

Azərbaycan Cüdo Federasiyası məşqçi Mehman Əzizovla əməkdaşlığı davam etdirməmək qərarı verib və qanunvericiliyə uyğun olaraq, müqaviləyə xitam verib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası açıqlama verib.

Rüstəm Alimli böyüklərdən ibarət milli komandaya məşqçi təyin edilib. O, həm də yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə