Ferstappen "Formula 1"də yeni rekorda imza atıb

Ferstappen "Formula 1"də yeni rekorda imza atıb

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” dünya çempionatının 19-cu mərhələsində - Meksika Qran Prisində qalib olub. SİA-nın məlumatına görə, yarışda ikinci yeri “Mercedes” komandasının üzvü, britaniyalı Lyuis Hamilton tutub.

İlk üçlüyü "Ferrari"dən Şarl Lekler tamamlayır.

Ferstappen bu mövsüm 16-cı qələbəsini qazanıb və bu göstəriciyə görə rekorda imza atıb. Əvvəlki rekord da 2022-ci ildə 15 qələbə ilə Ferstappenə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə