"Liverpul"dan böyükhesablı qələbə

"Liverpul"dan böyükhesablı qələbə

İngiltərə Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün "Liverpul" öz meydanında "Nottingem"lə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.

Mersisayd klubunun qollarını Dieqo Jota (31), Darvin Nunes, (35) və Məhəmməd Salah (77) vurub.

Bu nəticədən sonra "Liverpul" 23 xalla 3-cü, "Nottingem" 10 xalla 16-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 26 xalla "Tottenhem" başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə