Gürcüstanın paytaxtı Tbilisidə futbol üzrə Beynəlxalq Media Kuboku keçirilib. SİA-nın məlumatına görə, məşhur şərhçi Kote Maxaradzenin xatirəsinə həsr olunan yarışda Azərbaycanın idman jurnalistlərindən ibarət millisi də mübarizə aparıb.
Yığma 8 ölkənin yer aldığı tunririn "B" qrupunda Rumıniya, Qazaxıstan və Gürcüstanın ikinci kollektivi ilə üz-üzə gəlib.
Komanda 6 xal toplayaraq qrupdan çıxıb. Finalın bir addımlığında rəqib Gürcüstanın əsas yığması olub. Gərgin keçən görüşdə rəqib 3:2 hesabı ilə qalib gəlib.
Yekunda komandamız turniri mükafatçılar sırasında, 3-cü yerdə bitirib.
Qeyd edək ki, turnir bir neçə ildir təşkil olunur. İdman jurnalistlərindən ibarət heyət Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Jurnalistləri İB-in dəstəyi ilə yarışa qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB